Belorusiya Ukraynaya yardım əlini uzatdı
Rəsmi Minsk Kiyevə neft məhsulları ilə kömək etmək qərarına gəlib.
Bu barədə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun rəsmi səhifəsində məlumat yerləşdirilib.
Dövlət başçısının mətbuat katibi Lukaşenkonun bu niyyətinin Ukrayna prezidenti Pyotr Poroşenko ilə telefon danışıqlarında dilə gətirdiyini bildirib. İki lider arasında danışıqlarda, həmçinin, iki ölkə arasında Gömrük İttifaqı çərçivəsində ikitərəfli əlaqələr mövzusuna toxunulub.
Qeyd edək ki, Belarusiya keçən ayın sonunda Ukrayna pivə və qənnadı məmulatlarının ölkəyə idxalına olan məhdudiyyətləri aradan qaldırıb.