!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bərdədə bədbəxt hadisə - Nazirlik əməkdaşı öldü

!Reklam – Yazi

Bərdə rayonunda ölüm hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Qara Yusifli kəndi ərazisində qeydə alınıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bərdə rayon Telekommunikasiya qovşağının əməkdaşı Məmmədov Səbuhi Əbülfət oğlu kənd ərazisində xidmətdə olarkən yerdən 3,7 metrlik hündürlükdə olan telefon xəttindəki nasazlığı aradan qaldırmaq üçün yaxınlıqda olan ağaca çıxıb. Həmin vaxt ağacın budağı qırılıb və S.Məmmədov ağacdan yıxılıb.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunsa da, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

www.yenicag.az

3380
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv