Reklam

Reklam

Fevralın 25-də Berlinin “Galerie Schultz” adlı ən məşhur sərgi qalereyalarından birində Xocalı soyqırımının qurbanlarına həsr olunmuş sərgi keçirilib.

Xocalı soyqırımı yaddaşlarda Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli hadisəsi kimi qalıb. Öldürülənlər arasında 106 qadın, 63 uşaq və 70 qoca var idi. Sərgi Avropa Azərbaycan Cəmiyyətinin Berlin nümayəndəliyi tərəfindən təşkil olunmuşdur. Tədbir “Xocalıya Ədalət !” beynəlxalq təbliğat-təşviqat kampaniyasının dəstəyi ilə keçirilib.

Sərgidə tanınmış Azərbaycan rəssamı Əşrəf Heybətovun Xocalı soyqırımına aid sonuncu əsərləri nümayiş etdrilmişdir. 1981-ci ildən peşəkar fəaliyyətdə olan bu rəssamın əl işləri NATO-nun Brüsseldəki, BMT-nin isə Cenevrədəki qərargahında, eləcə də Vatikanda sərgilənib. O, beynəlxalq anlaşmanın möhkəmlənməsi üçün öz sənətindən yararlanaraq əsərlərində azərbaycanlı ruhunu əks etdirməklə məşhurdur.

Sərgidə vurğulanıb ki, bu soyqırım 25 il əvvəl, yəni 26 fevral 1992-ci tarixində baş verib. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə məhəl qoymayan Ermənistan hazırda Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu, yəni Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlamaqda davam edir. Azərbaycan bir milyona yaxın əhalisi isə düşərgələrdə qaçqın və məcburi köçkün həyatını yaşamağa məhkum olunub.

Sərginin açılışında 300-dən artıq qonaq, həmçinin Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, bu ölkənin tanınmış ictimai-siyasi xadimləri, Azərbaycan diasporasının fəalları iştirak ediblər.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərovun qonaqlara müraciətindən: “Bu tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya Ədalət !” beynəlxalq kampaniyası çərçivəsində keçirilir. 2008-ci ildən etibarən keçirilən bu kampaniya regionda ədalətin bərqərar edilməsi yolunda apardığı işlərdə böyük beynəlxalq dəstək qazanmışdır. İndiyədək bu kampaniya Avropa, Amerika, Asiya və Afrikadakı 100-dən artıq ölkədə tədbirlər təşkil etmişdir. Avropa Azərbaycan Cəmiyyəti öz tədbirlərini Afina, Bern, Brüssel, London, Lüksemburq, Paris, Praqa, Sofiya və Vilnüs şəhərlərində keçirməkdədir.

Bugünkü tədbirimiz isə Berlində keçirilir. Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, professor Heintze və sənəti ilə bizi bir araya gətirən Əşrəf Heybətov cənablarını sizin kimi dəyərli qonaqlarla bir yerdə görmək və salamlamaq mənim üçün çox xoşdur. Əşrəf Heybətov kimi böyük rəssamın beynəlxalq səviyyəli qalereyaçı cənab Şultzla apardığı iş birliyi 25 il əvvəl baş vermiş Xocalı soyqırımına və ata-baba yurduna dönmək arzusu ilə yaşayan qaçqın və məcburi köçkünlərin talelərinə bir daha işıq saldı”.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."