!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bərzaninin referendum qərarına qəzəbli reaksiya: “Bu, məsuliyyətsizlikdir” – Binəli Yıldırım

!Reklam – Yazi

Ankara Şimali İraqdakı kürd muxtariyyatında müstəqillik referendumunun keçirilməsinə dair qərara sərt reaksiya verib.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir Binəli Yıldırım Şimali İraq rəhbərliyinin muxtariyyat ərazisində müstəqilliklə bağlı referendum keçirilməsi haqqında qərarına kəskin münasibət bildirib.

Məlumata görə, Yıldırım bu addımı “məsuliyyətsizcəsinə verilən qərar” adlandıraraq, ölkəsinin İraqın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib:

“Bizim buna münasibətimiz açıq və qətidir. Biz İraqın ərazi bütövlüyünü dəstəkləyirik. Bütün iraqlıların bir arada, bir dövlət olaraq yaşamasını istəyirik. Bölgəmizdə kifayət qədər problem var. Yeni problem yaratmaq doğru deyil. Bunun məsuliyyətsizcəsinə verilmiş qərar olduğunu düşünürük”.

Yeniçağ.Az

www.yenicag.az

863
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv