Beş ölkə İsrail səfirlərini XİN-ə çağırdı
Aİ-nin baş diplomatı Kaya Kallas, İsrail ordusunun İordan çayının qərb sahilinə səfər edən avropalı rəsmilərin də daxil olduğu diplomatik nümayəndə heyətinə atəş açmasının “qəbuledilməz olduğunu” deyib.
Yenicag.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, qrup Fələstinin Cenin şəhərindəki qaçqın düşərgəsini ziyarət edib, lakin “təsdiqlənmiş marşrutdan” çıxıb və “olmalarına icazə verilməyən əraziyə daxil olub”. İsrail Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, İsrail əsgərləri onlara “xəbərdarlıq atəşi” açıb.
“Diplomatların həyatı üçün hər hansı təhdid qəbuledilməzdir”, – deyə Kallas ifadə edib və İsrailin buna cavab verməli olduğunu vurğulayıb.
Səfəri təşkil edən Fələstin Administrasiyasının məlumatına görə, diplomatlar arasında Aİ, Fransa, Britaniya, İtaliya, Kanada, Rusiya, Çin və digər ölkələrdən nümayəndələr olub.
Hadisələr fonunda Fransa, İtaliya, İspaniya, Portuqaliya və Kanada İsrail səfirlərini xarici işlər nazirliklərinə çağırıblar.