Bəxtiyar Hacıyev Ramil Usubova məktub yazıb

media-hightechnic-468x90

XBN8441 Gənc fəal Bəxtiyar Hacıyev DİN arasında davam edən məsələ ilə bağlı növbəti açıqlama yayıb. Daxili işlər naziri Ramil Usubova növbəti məktub yazıdığını açıqlayan B.Hacıyev bildirir: “Daxili İşlər Naziri Ramil Usubova indicə göndərdiyim məktubun son hissəsi: “Cənab nazir, Sizə edilən müraciətlərin mənasız, səmərəsiz olduğunu, polis orqanlarında Sizə edilən müraciətlərin əhəmiyyətsiz sayıldığını, qanunların işləmədiyini, polis orqanlarının konkret cinayət əməllərini araşdırmaqda maraqlı olmadığını gec də olsa, mənə aydın etdiyiniz üçün Sizə təşəkkür edirəm.

Dərin hörmət və ehtiramla,Bəxtiyar Hacıyev”.

Fikirlərinin sonunda gənc fəal məktubunu belə əsaslandırıb: “P.S: Ərizə yazırsan, aylarla çağırırlar, sənədlər istəyirlər, hər şeyi təqdim edirsən, vaxtın gedir, zəng edirsən və nəhayət bir gün deyirlər ki, materialları itirmişik”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600