!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəyanatda Qarabağın statusu haqqında bir kəlmə də yoxdur

!Reklam – Yazi

Yəqin ki, siz fikir vermisiniz. Bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Yoxdur. Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir.

Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycan xalqına müraciətində bildirib.

“Bəs mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar. Dedilər ki, yox, bu “müstəqil dövlətdir. Bunlar uzun illər “müstəqil dövlət” kimi yaşayır və Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəlmə də yoxdur, Paşinyan, nə oldu bəs? Deyəsən bu “nə oldu Paşinyan” bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan? Yol çəkirdin Cəbrayıla? Rəqs edirdin. Nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status. Gorbagor oldu status. Yoxdur status. Və olmayacaq. Nə qədər ki mən Prezidentəm, olmayacaq. Ona görə bu sənədin çox böyük əhəmiyyəti var. Əminəm ki, Azərbaycan xalqı bu sənədə böyük diqqət göstərərək diqqətlə oxuyacaq. Görəcək ki, biz nə qədər böyük qələbə qazanmışıq”, – dövlət başçısı qeyd edib.

www.yenicag.az

696
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv