Beyləqanda avtomobil su kanalına düşdü – Şəxsiyyəti məlum olmayan meyit..

Beyləqanda avtomobil su kanalına düşüb.

Yenicag.az xəbər verir ki, Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində “Mercedes” markalı minik avtomobilinin su kanalına düşüb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin səyi nəticəsində avtomobil su kanalından çıxarılıb və içərisində aşkarlanan şəxsiyyəti məlum olmayan kişi meyiti aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.