Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Beynəlxalq Alyans QHT və media rəhbərlərini medalla təltif etdi - FOTOLAR

Zəfərlə sona çatan 44 günlük vətən muharibəsində aktivliyi ilə seçilən və Azərbaycan-Ukrayna Beynəlxalq Alyansınının fəaliyyətinə dəstək verdiyi üçün Alyansın idarə heyətinin qərarı ilə təltif olunan bir qrup ictimai xadimin və jurnalistin mükafatlandırılma mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansınının sədri Elmar Məmmədov mükafatları sahiblərinə təqdim etmək üçün Bakıya gəlib.

Mərasimdə çıxış edən Elmar Məmmədov Azərbaycan-Ukrayna Beynəlxalq Alyansınının fəaliyyətinə dəstək verdiyi üçün təltif olunanlara və bu təşəbbüsə görə Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İB sədri Toğrul Allahverdiliyə təşəkkür edib.

Daha sonra 44 günlük Vətən müharibəsində aktivliyi ilə seçilən və ölkədən kənarda Azərbaycan həqiqətlərinin təbliğindəki işlərinə, o cümlədən uğurlu ictimai fəaliyyətlərinə görə, Millət Vəkili Arzu Nağıyev, Rauf Arifoğlu, Mirşahin Ağayev, Aqil Ələsgər, Toğrul Allahverdili, Nihad Allahyarlı, Məlahət Qurbanova, Fərid Şahbazlı, Anar Yusifoğlu, Əli Hacızadə, Hacıbəy Heydərli, Nahid Canbaxışlı, Hacıbəy Heydərli, Samir Feyruzov, Məhəmmədəli Qəribli, Əlişir Əhəd, Əfsələddin Ağalarov, Teymur Mərdanoğlu, Vasif Həsənli, Səbuhi Abbasov, Əli Zülfüqaroğlu, Elnur Eltürk, Mikayıl Mirzəzadə, Elamin Dibirov, Şamil Tağıyev və Xəzər Qarayevə “Xatirə medalı” təqdim edilib.

Tədbirdə çıxış edən təltif olunanlar fəaliyyətlərinə verdikləri qiymətə görə Azərbaycan-Ukrayna Beynəlxalq Alyansınına təşəkkür ediblər.

www.yenicag.az

146
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100