Beynəlxalq Bankın 5 fililalına cinayət işi AÇILDI
Beynəlxalq Bankın 5 fililalı ilə bağlı cinayət işi başlanılıb.
Bunu Azərbaycan Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev keçirdiyi mətbuat konfransında deyib.
Baş prokurorun müavini qeyd edib ki, həmin filiallar Qazax, Şəki və digər filiallardır.
O bildirib ki, ötən il ən çox şikayət bank sektoru ilə bağlı olub:
“Banklarla bağlı 52 cinayət işi istintaq olunub, məhkəməyə göndərilib. Sığorta şirkətlərinin rəhbərləri ilə bağlı 5 cinayət işinin istintaqı aparılıb”.
K. Əliyev qeyd edib ki, ötən il valyuta mübadilələsi qaydalarının pozulması iıə bağlı 2 cinayət işinin istintaqı yekunlaşıb.
Yenicag.Az