"Beynəlxalq HR Günü" tədbiri ölkəmizdə yüksək səviyyədə keçirildi - FOTOVİDEO

media-hightechnic-468x90

 

media-banner_tkm

Azərbaycan HR İnstitutu və Azərbaycan HR Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Beynəlxalq HR Günü” tədbiri JW Marriott Absheron otelində keçirilib.

Tədbirdə Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov və insan resursları sahəsi üzrə 150-dən çox rəhbər şəxslər və aparıcı mütəxəssislər iştirak edib. Yüksək səviyyədə baş tutan tədbirdə Psixodinamik kouç Aida Qasımova tərəfindən Spiral Dinamikası: Dəyərlərin mənimsənilməsi və dəyişikliklərin idarə edilməsi masterklassı, Azərbaycan HR Cəmiyyətinin yeni üzvlük kartlarının təqdimatı, Azərbaycan HR İnstitutunun beynəlxalq və yerli HR sertifikasiya proqramlarını müvəffəqiyyətlə bitirən məzunların təltifolunma mərasimi və peşəkar HR networkinq təşkil olunmuşdur.

Yeniçağ.az xəbər verir ki, Avropa İnsan Resursları Assosiasiyasının Prezidenti Berna Öztinaz canlı bağlantı ilə tədbirə qoşulub və “Beynəlxalq HR Günü” ilə bağlı öz təbriklərini Azərbaycan HR Cəmiyyətinin bütün üzvlərinə çatdırıb.
Xatırladaq ki, Beynəlxalq HR Günü Avropa İnsan Resursları Assosiasiyası tərəfindən insan resursları peşəsinin əlamətdar gün kimi tanınması məqsədilə 2019-cu ildə təsis edilib və ölkəmizdə Emil Hüseynovun təşəbbüsü ilə ilk dəfə qeyd olunmağa başlayıb. Beynəlxalq İnsan Resursları Gününün qeyd olunmasında əsas məqsəd fərdi, təşkilat, milli və beynəlxalq səviyyədə insan resursları təcrübələrini tanınması, insan resursları peşəsinin hazırda verdiyi əhəmiyyətli töhfənin ictimailəşdirilməsi, insan resursları üzrə düşüncə və təcrübənin inkişaf etdirilməsi, insan kapitalının inkişafına töhfə verilməsidir.

Azərbaycan HR İnstitutu 1 İyul 2024-cü il tarixindən etibarən Avropa İnsan Resursları Assosiasiyasının bərabərhüquqlu üzvü seçilmiş və Avropanın ən aparıcı 35 ölkəsi ilə yanaşı ölkəmizi bu nüfuzlu təşkilatda layiqincə təmsil etməkdədir. HR İnstitutu idarəetmə və insan resurslarının mütərəqqi yanaşmalarını təbliğ etmək və iş yerində insan kapitalının idarə edilməsi üzrə ən yaxşı təcrübələri tətbiq etmək üçün tədqiqat, tədris, konsultasiya və beynəlxalq təmsilçiliyi təmin edir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05