Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının bağlanış mərasimi keçirildi

Moskva şəhərinin yaxınlığında Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2018” yarışlarının təntənəli bağlanış mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah Rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi-Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov bağlanış mərasimdə iştirak edib.

Qeyd edək ki, hərbçilərimiz Azərbaycanda keçirilən “Dəniz kuboku” ilə yanaşı Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrində də iştirak ediblər.

Bundan əlavə, hərbçilərimiz İranda keçirilən “Dərinlik” və Rusiyada təşkil olunan “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil ediblər.

www.yenicag.az

1778
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS