!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan Qış Olimpiya Oyunlarının bağlanış mərasiminə qatılmadı

!Reklam – Yazi

Bu gün Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayrağını könüllü daşıyacaq.

Yenicag.az xəbər verir ki, bunu “Report”a Azərbaycanın şef de-missionu Anar Bağırov deyib.

O bildirib ki, bu gün Bakıya yola düşdükləri üçün Azərbaycan nümayəndə heyəti bağlanış mərasimində iştirak etməyəcək.

Keçid zamanı Azərbaycanla yanaşı, Livan, Lixtenşteyn, Keniya, Sinqapur, Özbəkistan, İran, Hindistan, Makedoniya, Macarıstan və Honkonqun da bayraqlarını könüllülər aparacaqlar.

Buna səbəb Azərbaycan kimi, adları qeyd olunan ölkələrin də nümayəndə heyətlərinin artıq Cənubi Koreyanı tərk etmələridir.

Bağlanış mərasimində Rusiya idmançılarının çıxış etdikləri Beynəlxalq Olimpiya Komitəsinin bayrağını da könüllü tutacaq.

Bağlanış mərasimi Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Açılışda Azərbaycanın bayraqdarı Oyunlarda ölkənin yeganə təmsilçisi olan xizəksürən Patrik Braxner idi. O, çıxış etdiyi slalom yarışında yıxıldığı üçün finiş xəttinə çata bilməyib.

COP29

www.yenicag.az

3359
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv