Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti bəlli olub.
Yenicag.az xəbər verir ki, bu posta rusiyalı iqtisadçı Arkadi Dvorkoviç seçilib.
O, FIDE-nin Baş Assambleyasının Gürcüstanın Batumi şəhərində keçirilən iclasında səsvermə zamanı qalib olub.
Səslərin 103-nü qazanan Dvorkoviç 78-səsi olan FİDE-nin vitse-prezidenti Georgios Makropulosu qabaqlayıb.
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Dvorkoviçin komandasında yer alıb. O, FIDE-də vitse-prezident vəzifəsini tutub.
www.yenicag.az