Beynəlxalq səyyahların Cəbrayıl rayonuna səfəri başlayıb

media-hightechnic-468x90

“NomadMania” beynəlxalq səyyah klubunun üzvləri işğaldan azad edilmiş ərazilərə sayca 13-cü səfərləri çərçivəsində Cəbrayıl rayonuna gəliblər.

Yenicag.az “Report”a istinadla xəbər verir ki, səyyahlar öncə rayonun Mehdili kəndi ərazisindəki minatəmizləmə sahəsində olublar.

Sahə barədə ANAMA-nın Ərazi üzrə əməliyyat rəhbəri Qadir Namazəliyev səyyahlara məlumat verib. Bildirilib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra buradan məcburi köçkün düşən əhalinin öz doğma yurdlarına qayıtması üçün ilk olaraq ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işinə start verilib.

O da vurğulanıb ki, işğalda olduğu müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən, digər yaşayış məntəqələrində olduğu kimi, Cəbrayıl rayon mərkəzi də daxil olmaqla bütün yaşayış məntəqələrində vandalizm aktları törədilib. Ermənilər dağıdılan əraziləri pərakəndə şəkildə, heç bir qayda gözləmədən mina və partlamamış hərbi sursatlarla çirkləndiriblər.

Qeyd edilib ki, Cəbrayıl rayonu Mehdili kəndi ərazisində aparılan minatəmizləmə fəaliyyəti zamanı ərazidən 92 iş günü ərzində cəmi 875 ədəd mina aşkarlanıb və zərərsizləşdirilib. Bunlardan 155 ədədi tank əleyhinə, 720 ədədi piyada əleyhinə, 1 ədədi isə əldəqayırma partlayıcı mina olub. Ərazidən tapılan piyada əleyhinə minaların Ermənistan istehsalı olduğu müəyyənləşib.

Sonra “NomadMania” səyyah klubunun üzvləri ərazidə minatəmizləmə işlərinin əməliyyat şəraiti ilə tanış olublar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600