!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Beynində çip olan milyonlarla insan olacaq" - Mask

!Reklam – Yazi

Növbəti 10 il ərzində milyonlarla insan “Neuralink” implantlarına sahib olacaq.

Yenicag.az xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsində yazıb.

“Hər şey yaxşı olarsa, bir neçə il ərzində yüzlərlə insan “Neuralink”ə sahib olacaq, bəlkə də beş il ərzində on minlərlə, 10 il ərzində milyonlarla insan Neuralink-ə sahib ola bilər”, – Mask qeyd edib.

O, kompüterləri və telefonları düşüncə gücü ilə idarə etməyə imkan verən “Neuralink” neyroçiplərinin yayılma sürətini adlandırıb. Onlar ilk növbədə iflic olan insanlar üçün nəzərdə tutulub. Cihaz 2016-cı ildən hazırlanıb və ilk dəfə heyvanlar üzərində sınaqdan keçirilib. İnsanlar üzərində təcrübələr bu il başlayıb. İndiyə qədər iki nəfərdə çip var. Bəzi çətinliklərə baxmayaraq, sınaqlar uğurla keçir. Maska görə, on il ərzində milyonlarla istifadəçi çiplərə sahib olacaq.

Mask beyin implantlarının həyatı dəyişdirəcəyinə söz verib:. “Biz insanlara super güclər verəcəyik” ,- deyə iş adamı vurğulayıb.

Çip necə işləyir?

Elektrod ipləri robot vasitəsilə cərrahi yolla birbaşa beyin toxumasına implantasiya edilir. Bu, “Neuralink” çiplərini adətən elektrodları birbaşa beyin toxumasına yerləşdirməyən digər şirkətlərin oxşar cihazlarından fərqləndirir./unikal

COP29

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv