Saat 21:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Daşkəsən, Göygöl, Gəncə, Balakən, Qəbələ, Qobustan, Qusar, Xaltan, Astarada arabir yağış, Şahdağda isə qar yağıb.
Sarıbaşda (Qax) saat 16:38-16:40 radələrində və Qəbələ rayonunda saat 18:00 radələrində diametri 5 mm olan dolu düşüb.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3,4 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 21, Aran rayonlarında 19, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 3 dərəcəyədək şaxta qeydə alınıb.
www.yenicag.az