Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Yenicag.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı istiqamətində hərəkətdə olan minik avtomobili anidən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Bakı şəhər sakinləri, 1962-ci il təvəllüdlü Tarverdiyeva Yeganə Rafiq qızı və 1984-cü il təvəllüdlü Əliyeva Sevinc Mais qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./Report/
www.yenicag.az