Türkiyənin baş naziri Binəli Yıldırımın Naxçıvana səfəri başa çatıb.
Yenicag.az xəbər verir ki, səfər çərçivəsində B.Yıldırım Heydər Əliyevin abidəsi önünə çələng qoyub. Daha sonra Türkiyənin baş naziri ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov arasında görüş keçirilib. Ardından qonağın şərəfinə şam yeməyi verilib.
Ziyafətin ardından Bakı vaxtı ilə saat 23:00-da Türkiyənin baş naziri və rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvandan ayrılaraq, Ankaraya yola düşüb.
Qeyd edək ki, bu, son doqquz il ərzində Türkiyədən Naxçıvana baş nazir səviyyəsində ilk səfər idi.
www.yenicag.az