Binəqədidə DƏHŞƏTLİ QƏTL - 16 yaşlı yeniyetmə tanışını öldürdü

media-hightechnic-468x90

İyulun 12-də paytaxtın Binəqədi rayon sakini 1990-cı il təvəllüdlü Elnar Qədimovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Binəqədi rayon prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elnar Qədimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə istintaq davam edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600