Binəqədidə dəhşətli yanğın söndürüldü - YENİLƏNDİ / FOTO
Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb.
Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, yanğın nəticəsində marketə məxsus ümumi sahəsi 1600kv.m olan anbar 650kv.m sahədə yanıb.
Anbarın qalan hissəsi yanğından mühafizə olunub, habelə yanğının digər obyektlərə keçməsinə imkan verilməyib.
***15:44
Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yenicag.az xəbər verir ki, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.