Binəqədidə qəza - Qaz təchizatı dayandı - FOTO

media-hightechnic-468x90

Dünən gecə saatlarında “Azəriqaz” İstehsalat Birliyinin 104 Operativ Xidmətinə Binəqədi rayonu Binəqədi qəsəbəsi, 3-cü Mədən “korpus 124” ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olub.

Birlikdən Yenicag.az-a verilən məlumata görə, hadisə yerinə baxış keçirən Birliyin əməkdaşları qəza nəticəsində qaz xəttinin qırıldığını və 2 qaz sayğacının yararsız hala düşdüyünü aşkarlayıblar.

Qeyd edək ki, xəttin qırılması nəticəsində həmin ünvanda 40 abonentin qaz təchizatı dayandırılıb. Artıq səhər saatlarından kəmərin bərpası istiqamətində işlər aparılır.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600