!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir qrup azərbaycanlı Ukraynanın dəniz limanlarında blokadadadır

!Reklam – Yazi

“Ukraynanın əsas limanlarının Rusiya hərbçilərinin yerləşdirdiyi minalardan təmizlənməsi prosesi bir neçə ay çəkə bilər”

Bu açıqlama ilə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dəniz Təşkilatının dəniz təhlükəsizliyi üzrə müşaviri Piter Adams çıxış edib.

P.Adams bildirib ki, hətta sabah limanların açılması barədə qərar qəbul edilsə belə, gəmilərin açıq dənizə daxil olması və oradan çıxması hələ bir qədər vaxt aparacaq.

BMT nümayəndəsinin sözlərinə görə, hazırda Ukrayna limanlarında 450-yə yaxın dənizçinin olduğu 80-ə yaxın gəmi blokada vəziyyətində qalıb.

“Onların üçdəbiri filippinlilərdir, lakin Azərbaycan, Türkiyə və Suriyadan da çoxlu sayda insan var”, – deyə Piter Adams vurğulayıb.

www.yenicag.az

352
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv