Bir sıra nəqliyyat vasitələri özəlləşdirilib

media-hightechnic-468x90

Mayın 6-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 18 nəqliyyat vasitəsi satılıb.

Dövlət xidmətindən Yenicag.az-a verilən məlumata görə, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 103 sifariş qəbul edilib.

Bildirilib ki, bunlardan 33-ü onlayn qaydada həyata keçirilib.

Qeyd olunub ki, rəqabətli keçən hərracda start qiyməti 4.500 manat olan “Nissan Maxima” markalı avtomobil 8.200 manata, 7.800 manat olan lot üzrə 2 nəqliyyat vasitəsi 13.300 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3LtXXH linki vasitəsilə tanış olmaq olar.

Cari ay ərzində növbəti hərraclar 13, 20 və 27 may tarixlərində keçiriləcək.

Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3LtZmC linki vasitəsilə tanış olmaq mümkündür.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600