Millimiz Avropa Gümüş Liqasının hazırlıqlarına başladı
Voleybolçu kişilərdən ibarət Azərbaycan millisi Avropa Gümüş Liqasının hazırlıqlarına start verib.
Yenicag.az xəbər verir ki, komanda baş məşqçi Fərid Cəlalovun rəhbərliyi ilə bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ilk məşqinə çıxıb.
Bakıda təşkil olunan məşqlərə yığmanın əsas heyət oyunçuları ilə yanaşı, gənclər də cəlb olunublar.
Qeyd edək ki, millimiz Avropa Gümüş Liqasında ilk oyunlarını iyunun 6-da və 8-də İsveçdə keçirəcək. Rəqiblər meydan sahibi və Gürcüstan komandası olacaq. İkinci tur iyunun 13-15-də Bakıda təşkil olunacaq. Yığma burada Lüksemburq və Macarıstan yığmaları ilə qarşılaşacaq. İyunun 20-22-də Farer adalarında təşkil olunacaq son turda isə millimiz ev sahibi ilə yanaşı, Avstriya yığmasına qarşı oynayacaq.