Nikolay Karçava Ümummilli Lider Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ – FOTO/VİDEO

media-hightechnic-468x90

 

ABŞ-də fəaliyyət göstərən “Gürcü Veteranlarının Amerikalı Dostları” Təşkilatı Bakıya səfər edib.

Yenicag.az xəbər verir ki, “Gürcü Veteranlarının Amerikalı Dostları” Təşkilatının prezidenti Nikolay Karçava və heyəti Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlının və Türk Düşüncə Mərkəzinin sədri Məlahət Qurbanovanın qonağı olub.

Səfər çərçivəsində “Gürcü Veteranlarının Amerikalı Dostları” Təşkilatı və Türk Düşüncə Mərkəzinin sədri Məlahət Qurbanova ilə birgə Fəxri Xiyabanı ziyarət edib.

Fəxri Xiyabana ziyarət çərçivəsində Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyulub, xatirəsi dərin hüznlə yad edilib.

“Gürcü Veteranlarının Amerikalı Dostları” Təşkilatının prezidenti Nikolay Karçava videomüsahibəsində bildirib ki, Bakıya səfər çərçivəsində Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etmək çox mühüm idi.

Türk Düşüncə Mərkəzinin sədri Məlahət Qurbanova isə bildirib ki, Amerikada yaşayan gürcünün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etməsi iftixar ediləsi haldır.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli

Samir Məcidov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600