Milli Məclislə BƏƏ Federal Milli Şurası arasında anlaşma imzalandı
Milli Məclisin sədri Sahibə Qafarovanın Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri davam edir. Səfər çərçivəsində mayın 6-da bu ölkənin Federal Milli Şurasında keçirilən görüşdən sonra tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildirilib ki, Azərbaycan Respublikası Milli Məclisi ilə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında Anlaşma Memorandumunu iki ölkənin spikerləri – Sahibə Qafarova və Saqr Qobaş imzalayıblar.
Qeyd olunub ki, bu sənəd tərəflər arasında birgə işi – koordinasiya və parlament təcrübəsi mübadiləsini daha da artırmağa imkan verəcək, əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.