“Bir yerdə ki, mən oturub-dururam, …”

media-hightechnic-468x90

28422_hqj60rtek4Bu gün Daxili İşlər Nazirliyinin (DİN) saytı müğənni Elçin Hüseynovun idarə etdiyi “New life” çay evində əxlaqsızlıq yuvası aşkarlanması ilə bağlı məlumat yayıb.

Açıqlama verən E.Hüseynov məsələ ilə əlaqədar bunları deyib:
“Bütün hamı mənim nə cür insan olduğumu bilir. Qətiyyən mənim məkanımda elə bir hal baş verə bilməz. Həmin çay evi sənəd üzərində mənə məxsus olmasa da, oranı özüm işlədirəm. Mənim namusum, mədəniyyətim hər kəsə bəllidir. Orada çox məşhurlar olur, heç kim indiyə kimi bu cür halla qarşılaşmayıb. Adıma belə bir qara yaxanın özü tərbiyəsiz, mədəniyyətsizdir. Bunu yazan insanı da məhkəməyə verəcəm. Bir yerdə ki, mən oturub-dururam, orada əxlaqsızlıq ola bilməz. Mənim adım-sanım var. Sənətim var. Buna xələl gətirə bilməzlər”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600