“Bircə nəfər müğənni çıxsın desin ki, səni səhnəyə mən gətirmişəm” - Manaf Ağayev

media-hightechnic-468x90

“Onların qabağında zülum-zülum ağlayıb yalvarırdım ki, pulumu da verirəm, mahnımı da yazdırmışam, məni bir dəfə efirə çıxarın”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “Rəngarəng” verilişində deyib.

Sənətçi vaxtilə üzləşdiyi çətinliklərdən və efir qadağalarından gileylənib:

“Böyüklərdən bir nəfər müğənni çıxıb desin ki, “sənin əlindən tutub səhnəyə gətirdim”. Belə bir şey olmayıb. Hansı ki, mən vaxtilə onların qabağında zülum-zülüm ağlayıb yalvarırdım ki, pulumu da verirəm, mahnımı da yazdırmışam, məni bir dəfə efirə çıxarın. Onda bircə dövlət televiziyası var idi AzTV. Orada demişdim ki, anam can verir, ömrünə cəmi üç ay qalıb. Arzusudur ki, məni efirdə görsün, heç olmasa onun bu son istəyini yerinə yetirin. Amma imkan vermədilər, qoymadılar efirə çıxım.Gözümün yaşını tökə-tökə evə qayıtdım. Anamı aldatdım ki, guya çəkilişdə olmuşam, növbə çatanda efirə verəcəklər. Amma anam cəmi bir həftə sonra rəhmətə getdi…  Məni vaxtilə efirə buraxmayanlardan hələ də sağ olanlar var. Amma mən onlardan fərqli olaraq, günü gələndə həmin müğənnilərin hər birinə əl tutub, kömək etmişəm”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05