Birinci sinfə qəbulla bağlı 25 alternativ qeydiyyat mərkəzi yaradıldı

media-hightechnic-468x90

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 1 şəhər və 5 rayonda 25 alternativ qeydiyyat mərkəzi yaradılıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə təhsil idarəsi məlumat yayıb.

Bildirilib ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 17:00-dək) müvafiq mərkəzlərdə yaradılmış işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək.

Eyni zamanda valideynlər Şəki “ASAN xidmət” və Balakən “ASAN xidmət” mərkəzlərində də ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu qeydiyyatı ilə bağlı fəaliyyət göstərən təhsil xidmətindən yararlana bilərlər.

Qeyd edək ki, mayın 6-dan 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05