“Biz bütün sahələrdə batmışıq”

media-hightechnic-468x90

70773Qarabağda dinc azərbaycanlı əhaliyə divan tutmaqda ad çıxarmış “Arabo” quldur dəstəsinin komandiri Manvel Yeqizaryan erməni dövlətçiliyi ilə bağlı bütün ümidlərinin puç olduğunu bildirib.

Yenicag.az xəbər verir ki, Ermənistanın hakimiyyətdən kənar siyasi və ictimai qüvvələrinin konfransında çıxış edən Manvel Yeqizaryan bildirib ki, ölkədə yaranmış ağır duruma görə bütün ermənilər – həm hakimiyyət, həm müxalifət, həm də ziyalılar günahkardır.

“Biz elə bir ölkə yaratmağı arzuldayırdıq ki, Ermənistan vətəndaşının pasportunu görəndə hamı həsəd aparsın. Bu gün nəyimiz var? Biz bütün sahələrdə batmışıq, çünki insanların hamısı qarnı ilə düşünməyə başlayıb”, – deyə quldurbaşı bildirib.

Qeyd edək ki, Qarabağda dinc əhaliyə divan tutan Yeqizaryanın batalyonu Azərbaycan ordusu ilə açıq döyüşdə tar-mar olmuşdu. Demək olar ki, bütün əsgərlərini itirmiş komandir rüsvayçılıqla qaçaraq canını qurtarmışdı.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600