“Biz əvvəlki iş rejimimizə qayıtmışıq”-AXCP
“Biz əvvəlki iş rejimimizə qayıtmışıq. Xalq cəbhəsi öz toplantılarını cəbhəçilərin mənzillərində keçirir”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib.
F. Qəhrəmanlı qeyd edib ki, dünən də Rəyasət Heyətinin iclası cəbhəçinin mənzilində keçirilib: “Xatırladım ki, Xalq Cəbhəsinin özünün əmlakı var. Lakin onun qapısı qaynaqlanıb. Görünür ki, hakimiyyət üçün bu, prinsipial məsələdir. Bundan sonra inanmıram ki, hansısa icarədar bizə mülk verər. Amma biz yenə də səylərimizi davam etdirəcəyik”.