“Biz gəncləri bu işlərdən yayındırmalıyıq”

media-hightechnic-468x90

musaquliyev_esasDövlətçiliyin qorunmasında ailə institutunun rolu böyükdür.

Millət vəkili Musa Quliyev Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında imzalanmış “2015-2016-cı illər üçün birgə işin təşkilinə dair tədbirlər Planı” ilə bağlı konfransda deyib.

O qeyd edib ki, dövlətçiliyimizin zəiflədilməsi üçün müxtəlif qruplardan daima çağırışlar olub və biz istəsək də, istəməsək də hər zaman bu çağırışlar olacaq: “Qəhrəmanlığımız ondan ibarət olacaq ki, bu çağırışların qarşısında ənənəvi milli dəyərlərimizi qoruyub saxlayaq. Biz çalışmalıyıq ki, Azərbaycanda ailə institutu möhkəm olsun. Bunun üçün boşluqları axtarıb tapmalı, o boşluqları xeyirlə doldurmalıyıq. Müstəqilliyimizin ilk illərində də belə boşluqlar var idi. Bəzi qruplarda bundan istifadə edərək öz şər toxumlarını səpdilər. Çox təəssüf ki, həmin toxumların cücərmiş formaları cəmiyyətimizdə var”.

Azərbaycanda dini radikalizmə meylilik çox olmasa da, az olmasından da cəmiyyətin narahatlıq keçirməsinin vacibliyindən danışan Musa Quliyev bildirib ki, bununla bağlı konkret addımlar atılmasa bu azlıq gələcəkdə çoxala bilər: “Ailə institutunun idarə olunmasında qadının rolu böyükdür. Qeyri ənənəvi dinlərə meyllənənlər arasında gənc oğlanların sayı çoxdur. Buna görə də ailələr oğlanları uşaqlıqdan düzgün mənəvi formada tərbiyələndirməlidirlər. Gənc oğlanlar qumar oyunlarına, totalizatorlara meyl edirlər. Sağlam cəmiyyət istəyiriksə, Biz gəncləri bu işlərdən yayındırmalıyıq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600