“Bizim ciddi islahat proqramımız var”.
Yenicag.az TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyənin maliyyə naziri Mehmet Şimşək deyib.
“Yəni inflyasiyanı sadəcə valyuta, maliyyə, gəlir siyasətləri ilə azaltmağa cəhd etmirik. İstehsalı, investisiyanı, məşğulluğu artırmaq üçün struktural dəyişiklik proqramı işləyir. Türkiyənin son 20 ildə təqribən ildə 5.5 böyüyür. Bu, yaxşı performansdır. İndi müvəqqəti olaraq yavaşlayırıq. Yenidən qaçmaq üçün bəzən dincəlmək lazımdır”, – deyə Şimşək qeyd edib.
www.yenicag.az