“Bizim ədəbi xainlərimiz var”

media-hightechnic-468x90

kkjkjiu“İndiki gənc yazarlar dünya ədəbiyyatı mübarizəsinə daxil olmağı üçün daha ciddi işləməli, daha çox zəhmət çəkməlidirlər. Bizim ədəbi xainlərimiz də var ki, ədəbi mühiti vicdanla canlandıra bilmirlər. Ədəbi mühitdə ikitirəlik yaradırlar”.

Bu sözləri yazıçı Əkrəm Əylisli gənc yazarlarımızın əsərlərinin dünya ədəbiyyatına çıxışıyla bağlı problemə münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, gənc yazarların əsərlərinin dünya ədəbiyyatına çıxması dövrlə əlaqədardır:

“Bu, dövrlə bağlıdır. Məsələn, 60-cıların yetişməyinin o dövrə məxsus olan xüsusiyyətləri barədə heç kəs heç nə demir. Məsələ burasındadır ki, 60-cı illər ədəbiyyatı elə bir dövrə təsadüf elədi ki, Stalinizm uçurulmuş, əvvəlki o sərt ideologiya qanunları laxlamış, yazıçıların əli-ayağı açılmışdı. İndi isə tamamilə başqa bir dövrdür. O vaxt baxmayaraq ki, siyasi mühitdə yumşaqlıq əmələ gəlmişdi, amma indiki halda ictimai-siyasi mühitdə köhnə dəyərlər tamamilə hörmətdən salınıblar. İndi müəyyən mənada ədəbiyyatın xaos dövrüdür”.

Əkrəm Əylisli öz əsərlərinin dünya ədəbiyyatına çıxmağının yolunun rus dilindən keçdiyini deyir:

“Yeni yazarların arasında istedadı, təfəkkürü olan cavanlar var. Bu insanlar necə düşünürlər, elə də deyirlər. Amma hər cür düşüncənin ifadə olunmasında müəyyən məsuliyyət hissi, vicdan əlaməti olmalıdır. İndiki dövrdə bu vicdan faktoru əvvəlki mənasını, əhəmiyyətini itirib. Vicdana fikir verən yoxdur. Məsələn, mənim əsərlərim xaricə ancaq rus dilinin hesabına çıxıb. Əgər o əsərlər rus dilində çap olunmasaydı, dünyaya çıxmağı heç cür mümkün olmazdı”(axar.az).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600