!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Biznes imperiyaları olan DEPUTATLAR: Kimin nə qədər əmlakı var? – SİYAHI

!Reklam – Yazi

Milli Məclisə seçkilərin keçirilməsi ərəfəsində deputat mandatı uğrunda mübarizə aparan sabiq millət vəkillərinin şəxsi biznesləri ilə bağlı zaman-zaman dövri mətbuatda bir sıra məlumatlar və informasiyalar dərc olunub.

Doğrudur, adıçəkilən deputatların çoxu öz şəxsi bizneslərini inkar etsələr də, qanunvericiliyin əksi olaraq, onların çoxunun “biznes imperiyalarına” şəxsən rəhbərlik etmələri çoxlarına məlumdur.

Qanundan söz düşmüşkən, qanunvericilik Milli Məclisin deputatları, eyni zamanda dövlət qulluğunda çalışan məmurların bizneslə məşğul olmasını qadağan edir. Bizneslə məşğul olub, sonradan vəzifəyə təyinat alan şəxslər isə sahib olduğu mal-mülk və iş yerlərini yaxın adamları, övladları, qardaşlarına həvalə edirlər. Bununla da onların rəsmi sənədlərdə artıq heç bir biznes fəaliyyəti ilə məşğul olunmadıqları görünür. Reallıq isə budur ki, onlar “biznes imperiyalarına” deputat qiyafəsi altında nəzarət etməyə davam edirlər.

Yenicag.az oxuculara Milli Məclisdə deputat mandatı qazanmış, pərdəarxasında isə bizneslə məşğul olan millət vəkillərinin qısa siyahısını təqdim edir:

Qarabağda bərpa-quruculuq işlərinin başlamasından sonra bir çox millət vəkilləri həmin ərazilərdə öz bizneslərini qurmaq üçün hərəkətə keçiblər. 121 saylı Laçın seçki dairəsinin Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Mahir Abbaszadənin paytaxt Bakıda aksessuar butikləri, saat və Moskva Univermağında qızıl dükanlarına sahib olduğu bildirilirsə də, parlamentari bu dəfə üzünü təmsil etdiyi rayondakı biznes fəaliyyətini genişləndirməyə tutub. İddialara görə, M.Abbaszadə Laçında böyük otellər şəbəkəsi tikdirir, hətta inşa etdirdiyi kotteclər artıq fəaliyyətdədir.

75 saylı Lənkəran-Masallı seçki dairəsindən YAP-ı təmsil edən deputat Cavanşir Paşazadə taxta-şalban deposu, topdan və pərakəndə satış mərkəzləri, Keşlədə taxta satışı deposu, mərasim zallarının tikintisi və icarəsi, mərasimlərə təqdim edilən ərzaq mallarının istehsalı müəssisələrinə sahib olduğu deyilir. Hətta onun qardaşı Şüyxülislam Allahşükür Paşazadənin hesabına biznes fəaliyyətlərini genişləndirdiyi bildirilir. Qeyd olunur ki, şeyxülislam qardaşının biznes imperiyasına maliyyə yatıran əsas kuratorlardan biridir.

70 saylı Masallı şəhər seçki dairəsinin YAP-ı təmsil edən millət vəkili Məşhur Məmmədov da tanınmış iş adamlarından biridir. Qeyd edək ki, M. Məmmədov heç də kiçik biznesmenlerdən deyil. Belə ki, millət vəkili ərzaq mallarının satışı deposu, kimyəvi təmizləmə mərkəzləri, kosmetik məhsulların satışı işində peşəkarlaşmış iş adamı kimi qələmə verilir.

Azərbaycanın ən tanınmış mebel satışı mərkəzlərindən biri olan “Embawood” şirkətinin həmtəsisçisi olduğu deyilən Məşhur Məmmədov həmçinin Nyu-Yorkda milyonluq villası ilə bir zamanlar medianın gündəminə çevrilmişdi. Hətta yerli mətbuatda ABŞ-də yaşayan oğlu Məmməd Şahbazovun adına “Masalli Enterprise LLC”ni təsis etməsi ilə bağlı da informasiyalar dərc olunmuşdu.

Hər zaman mediaya açıq olan, sosial məsələləri, adətən, parlamentdəki çıxışınlarında qabardan 82 saylı Ağcabədi seçki dairəsindən YAP-ın deputatı Tahir Rzayevin Mərkəzi Univermaqda bir neçə qızıl dükanına, qiymətli zinət əşyalarının satışı və qəbulu məntəqələrinə sahib olması da səslənən iddialar sırasındadır.

Azərbaycanın ən böyük siqaret monopolisti sayılan, 73 saylı Lənkəran şəhər seçki dairəsinin bitərəf deputatı Rüfət Quliyev isə ölkəmizdə və Ukraynada siqaret satışı, tütün məmulatlarının idxalı ilə tanınır. Millət vəkilinin tütün məmulatlarının ölkəyə idxalı, siqaret biznesi, habelə Ukraynada restoran və meyvə-tərəvəz alqı-satqısı sahəsində işinin əhli olduğu bildirilir.

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən YAP-ı təmsil edən deputat Ağalar Vəliyev isə biznes sahəsinin “sonuncu mogikan”larından biridir. “Kristal Abşeron”un sahibi olan A. Vəliyevin bu sahədə böyük bir imperiyaya sahib olduğu vurğulanır. Tikinti maqnatı sayılan cənab Vəliyevin xarici ölkələrdə də bina tikintisi, təmir və satışı işi ilə məşğul olduğu bildirilir.

78 saylı Lerik seçki dairəsindən YAP-ın deputatı seçilmiş İqbal Məmmədov isə ölkədə restoranlar şəbəkəsinin əsas sahiblərindən biridir. Cənub bölgəsində “Relax İqbal” ləqəbi ilə tanınan İ. Məmmədov Bakıda, Lerik və Yardımlıda restoran, ailəvi istirahət mərkəzləri, sanatoriya biznesi ilə məşğuldur.

www.yenicag.az

COP29

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv