Biznesmen özünü güllələdi
Ermənistanın məşhur biznesmenlərindən biri, “Levon Abrahamyan” Açıq Səhmdar Cəmiyyətinin sədri Abrah Abrahamyan özünə qəsd edib.
61 yaşlı biznemsen şəxsi mənzilində özünə odlu silahdan atəş açaraq həyatına son qoyub.
2005-ci ildə “Levon Abrahamyan” şirkətini yaradan biznesmen əsasən, çoxfunksionallı yaşayış binalarının tikintisi ilə məşğul olub. Lakin son vaxtlar onun şirkəti ciddi maliyyə problemləri ilə üzləşmişdi. Məzh bu çətinliklərin intihara səbəb olması istisna olunmur(modern).