Blinken: “İsrailə hücum üçün ABŞ vəsaitlərindən istifadə edilməyib”

media-hightechnic-468x90

ABŞ dövlət katibi Entoni Blinken ABŞ vəsaitlərinin İsrailə hücum üçün istifadə edilmədiyini iddia edir.

Yenicag.az xəbər verir ki, Blinken deyib:

“Fakt budur ki, ABŞ vergi ödəyicilərinin bir dolları belə istifadə olunmayıb. Bu vəsaitlər, İranın Cənubi Koreya hesablarında olan və neft satışından əldə olunan vəsaitləri idi. İranın onlardan humanitar məqsədlər üçün istifadə etmək hüququ var idi. İstifadəni asanlaşdırmaq üçün onlar bir hesabdan digərinə köçürülüb. Hazırda bu hesablardan bir dollar belə istifadə olunmayıb”.

Xatırladaq ki, bu yaxınlarda rəsmi Vaşinqton Tehrana İranın dondurulmuş vəsaitlərinin 6 milyard dollarlıq hissəsindən istifadə imkanı yaradıb./Oxu.az/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa