BMT-dən Talibana qadınlarla bağlı çağırış

media-hightechnic-468x90

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Əfqanıstanda Taliban hökumətinin qadınlarla bağlı məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Taliban hökuməti keçən həftə qadınların universitetə ​​getməsini və qeyri-hökumət təşkilatlarında (QHT) işləməsini qadağan edib.

BMT qadınların təhsilinə qoyulan məhdudiyyətlərdən narahat olduğunu bildirib. BMT-nin Baş katibi Antonio Guterres son məhdudiyyətlərin ləğv edilməli olduğunu qeyd edib.

“Talibanın qadın və qızların məşğulluğu və təhsili ilə bağlı son məhdudiyyətləri əsassız insan hüquqları pozuntusudur və ləğv edilməlidir” – Quterreş bəyanatında bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600