!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT gənclər üçün hesabat hazırladı

!Reklam – Yazi

Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamenti (UN DESA) “Gənclər və 2030-cu ilədək dayanıqlı inkişaf proqramı” hesabatını hazırlayıb.

Yenicag.az xəbər verir ki, hesabatda təşkilatın 2030-cu ilədək dayanıqlı inkişaf hədəflərinə çatmaqda gənclərin roluna dair Əddis-Əbəbə konfransının və Gənclərin Fəaliyyəti üzrə Dünya Proqramının müddəalarının yerinə yetirilməsi məsələləri əks olunub.

Hesabatda təşkilata üzv dövlətlərdə və vətəndaş cəmiyyətlərində, o cümlədən gənclər təşkilatlarında qarşıdakı 3 il müddətində gənclərin siyasi, iqtisadi və sosial həyatda daha fəal iştirakı ilə bağlı vəzifələr açıqlanıb. Qeyd olunub ki, hazırda dünya əhalisinin 1,2 milyard nəfəri, yaxud 16 faizi 15-24 yaş həddində olan gənclərdir. Onlar iqlim dəyişiklikləri, işsizlik, yoxsulluq, gender bərabərsizliyi, münaqişələr və miqrasiya kimi qlobal problemlərin həllində daha fəal rol oynamalıdırlar. Bütün bunları təmin etmək üçün üzv dövlətlər gənclərin təhsili və işlə təmin olunması ilə bağlı məsələlərin həllinə diqqəti artırmalıdır.

Altı fəsildən ibarət olan hesabat gənclərin müxtəlif sahələrdə qarşılaşdıqları problemlər və onların həlli yollarını əks etdirir./AZƏRTAC/

www.yenicag.az

15261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv