!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT-nin baş katibi Azərbaycan və Ermənistan rəhbərlərinin Vyana görüşünü alqışlayır

!Reklam – Yazi

BMT-nin baş katibi Antonio Quterreş ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında martın 29-u Vyanada baş tutan ilk görüşü alqışlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsünün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatında bildirilib.

Baş katib ölkə rəhbərlərinin sülhə şərait yaradan mühitin əldə olunması və uğurlu danışıqların aparlması üçün əlavə tədbirlərin görülməsinə önəm vermələrini müsbət qarşılayıb. O, həmçinin atəşkəsin gücləndirilməsi, humanitar problemlərin aradan qaldırılması,eləcə də münaqişənin sülh yolu ilə həlli üçün dialoqun davam etdirilməsinə dair ölkə rəhbərlərinin öz öhdəliklərinə sadiq qalmasını alqışlayıb.

Baş katib ATƏT-in Minsk qrupu həmsədrlərini vacib vasitəçilik rolunu yüksək qiymətləndirir və onların davamlı səylərinə BMT-nin tam dəstəyini yenidən bəyan edir.

COP29

www.yenicag.az

9209
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv