BNA-dan sərnişinlərə XƏBƏRDARLIQ

media-hightechnic-468x90

Məlum olduğu kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 9-da paytaxtda güclü külək olacağı ilə bağlı xəbərdarlıq edib.

media-banner_tuq

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlumata görə, qurum bunu nəzərə alaraq, sərnişinlərə dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş edir.

Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Sürücülərə isə tövsiyə edilir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05