!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“BNA yeni BNAmexanizminə çevrilib”

!Reklam – Yazi

Bakı Nəqliyyat Agentliyinin Bakıda dayanma və durma, parklanma qaydalarının pozulmasına görə cərimə yazmağa başlaması cəmiyyətdə birmənalı qarşılanmır.

Bu məsələdə əksəriyyət BNA-dan şikayətçidir.

Səbəb isə çox sadədir. Parklanma üçün alternativ yerlər yoxdur. Bəziləri isə düşünür ki, BNA fəaliyyəti ilə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun atasına rəhmət oxutdurur.

Məsələ ilə bağlı Yenicag.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli də bu fikirdədir. Ekspert bildirir ki, BNA sürücülərə alternativ təklif etməlidir. Əks halda cərimənin yazılması məntiqsizlikdir:

“Alternativ təqdim olunsa, bu zaman cərimələrin yazılmasında məntiq olardı. Bakının hər zaman parkinq problemi olub. Demək olar ki, paytaxtın mərkəzindən başqa digər ərazilərdə alternativ parkinq yerləri yoxdur. Əgər hər hansı bir yerdə qadağa varsa, alternativ də olmalıdır. Vətəndaşlarda seçim imkanı olmalıdır ki, maşını burada yox, qadağan olunmayan yerdə saxlasınlar. Doğrudan da, tıxacların qarşısının alınması, ikinci cərgədə maşın saxlayanların cərimələnməsi müsbət haldı. Amma birinci cərgədə parklanmanın alternativi təklif olunmalıdır. Vətəndaşın seçim imkanı yoxdursa, nə etməlidir? Ancaq qadağalar yoluyla bu məsələnin həll edilməsi məntiqsizlikdir”.

Natiq Cəfərlinin sözlərinə görə, BNA qazandığı səlahiyyətlərdən daha çox artığını etməyi düşünür:

“Hətta mən görürəm ki, bunlara xüsusi təyinatlı maşınlar, formalar verilib. Sanki bir hüquq-mühafizə orqanı kimi fəaliyyət göstərməyə başlayıb. Əslində isə BNA-nın yaradılması, işləmə fəlsəfəsi başqadır. BNA problemləri araşdırmalı, araşdırarkən də həmin problemin həlli yolunu göstərməlidir. İndiki halda isə BNA yeni cəza mexanizminə çevrilib. Bu da mövcud problemlərin həllində yaxşı effekt verməyəcək yanaşmadır”.

Emin Səfərov

COP29

www.yenicag.az

10444
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv