Boksçumuz Avropa çempionatının yarımfinalına yüksəldi

media-hightechnic-468x90

Azərbaycan boksçusu Marjona Savriyeva Avropa çempionatının yarımfinalına yüksəlib.

media-banner_tkm

Federasiyadan Yenicag.az-a verilən məlumata görə, 50 kq çəkidə mübarizə aparan idmançı Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən qitə birinciliyində buna nail olub.

O, 1/4 finalda belaruslu İrina Vinaradavanı 3:0 (30:26, 28:28, 30:26, 30:26, 28:28) hesabı ilə üstələyib. Marjona yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, milli üzvü finala gedən yolda rusiyalı Arina Vostrikova ilə döyüşəcək. Görüş noyabrın 17-də baş tutacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05