Boksçumuz dünya çempionatında yarımfinala vəsiqə qazandı

media-hightechnic-468x90

Azərbaycan boksçusu Alfonso Dominqes Liverpulda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

Yenicag.az xəbər verir ki, 90 kq-da mübarizə aparan millinin lideri 1/4 finalda Emrah Yaşarla (Türkiyə) üz-üzə gəlib.

Döyüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. Dominqes rəqibini 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Boksçumuz bu qələbə sayəsində özü üçün azı bürünc medalı da təmin edib.

Alfonso yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə qarşılaşacaq. Görüş sentyabrın 12-də olacaq.

Qeyd edək ki, axşam sessiyasında Səidcəmşid Cəfərov (75 kq) da 1/4 final döyüşünə çıxacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa