Bolqarıstan Türkiyə ilə təbii qaz müqaviləsi imzalaya bilər

media-hightechnic-468x90

Bolqarıstan hakimiyyəti Türkiyədəki mayeləşdirilmiş təbii qaz (LNG) terminallarına uzunmüddətli çıxış üçün danışıqlara başlayıb.

media-banner_tuq

Yenicag.az “Reuters”ə istinadən bildirir ki, bu barədə Bolqarıstanın energetika naziri vəzifəsini icra edən Rossen Xristov məlumat verib.

O, bildirib ki, Türkiyə ilə danışıqlarda Bolqarıstanın dövlət qaz şirkəti “Bulqargaz” və təbii qaz kəmərləri istismarı şirkəti “Bulqartransgaz”ın yüksək vəzifəli şəxsləri iştirak ediblər. Bolqarıstan 2036-cı ildən etibarən ildə 1 milyard kubmetr (bcm) LNG idxal etmək istəyir.

Qeyd edək ki, Balkan ölkələrinin təbii qaz ehtiyacının 95 faizindən çoxunu Rusiya təmin edirdi. Bolqarıstanın rublla ödənişdən imtina etməsindən sonra Rusiya aprel ayında bu ölkəyə təbii qaz nəqlini dayandırıb.

Gülşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05