Reklam: High Technic
hightechnic

Bosfor boğazından çıxarkən iki tanker toqquşdu - VİDEO

İstanbul sahillərində “Yenikapı” limanı yaxınlığında iki tanker toqquşub.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Liberiya bayrağı altında üzən 130 metrlik “TK Rotterdam” gəmisi Bosfor boğazından çıxarkən Panama bayrağı altında üzən 165 metrlik “Bosphorus King” tankerinin göyərtəsinə çırpılıb.

Hadisə yerinə xilasetmə qrupları və sahil mühafizə qayıqları göndərilib.

Qəza nəticəsində xəsarət alan olmayıb, tankerlərə isə cüzi zərər dəyib.

Hadisənin təfərrüatları aydınlaşdırılır.

www.yenicag.az

3364