Botsvanada dünyanın ən böyük ikinci almazı tapıldı

media-hightechnic-468x90

Kanadanın Lucara Diamond Corp. kompaniyası Botsvanadakı Karowe mədənindən 2492 karatlıq almaz çıxarıb.

media-banner_tkm

Yenıcag.az xəbər verir ki, şirkətin vebsaytında yerləşdirilən məlumata görə, bu, indiyədək ölçüsünə görə dünyada tapılan ikinci ən böyük almazdır. Ən böyük almaz – 3106 karat ağırlığında olan Cullinan isə Cənubi Afrikada təxminən 120 il əvvəl tapılmışdı.

Karowe yatağı nəhəng daşları ilə məşhurdur. Belə ki, 2015-ci ildə Lucara o zaman dünyada ikinci ən böyük almaz olan Lesedi La Rona almazını (1109 karat) aşkarlayıb. O, 53 milyon dollara satılıb. Yenə həmin yataqdan çıxarılan 813 karatlıq almaz rekord qiymətə – 63 milyon dollara alıcı tapıb.

Lucara əvvəllər burada 1758 karatlıq Sewelo almazını da tapmışdı, lakin o, qiymətli daş keyfiyyətinə malik deyildi. Yeni almazın keyfiyyəti hələ müəyyən edilməyib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05