"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib

media-hightechnic-468x90

Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Böyük Dəbilqə turnirinin püşkatma mərasimi baş tutub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan idmançılarının ilk rəqibləri müəyyənləşib.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 12 çəki dərəcəsində 18 cüdoçu (12 kişi, 6 qadın) ilə təmsil olunacaq.

Kişilər:

60 kq

Əhməd Yusifov – Samariddin Kuçkarov (Özbəkistan)

Balabəy Ağayev – Baxrom Boturov (Özbəkistan)

66 kq

Nizami İmranov – Minhao Canq (Çin)

Turan Bayramov – Matan Kokolayev (İsrail)

73 kq

Kamran Süleymanov – Şusuke Uçimura (Yaponiya)

Hidayət Heydərov – Arun Kumar (Hindistan);

81 kq

Ömər Rəcəbli – Adrian Sulka (Rumıniya);

90 kq

Murad Fətiyev – Vlad Vişan (Rumıniya);

100 kq

Əjdər Bağırov – Ernazar Sarsenbayev (Özbəkistan)

Zelim Kotsoyev – Tornike Poladişvili (Gürcüstan) / Baxtovar Boboxonov (Tacikistan) cütünün qalibi

+100 kq

Camal Qamzatxanov – Ritik Kumar (Hindistan), Kənan Nəsibov – Gela Zaalişvili (Gürcüstan) / İslombek Ravşankulov (Özbəkistan) cütünün qalibi.

Qadınlar:

48 kq

Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan)

Şəfəq Həmidova – Venna Cuanq (Çin)

52 kq

Leyla Əliyeva – Liliya Nuqayeva (Rusiya)

63 kq

Fidan Əlizadə – Sevinç İsokova (Özbəkistan);

70 kq

Südabə Ağayeva – Kamila Badurova (Rusiya)

+78 kq

Madina Kaisinova – Umida Niqmatova (Özbəkistan)

Qeyd edək ki, ümumilikdə turnirdə 39 ölkədən 370 idmançı mübarizə aparacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05