!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyük güclərin maraq dairəsindəki LAYİHƏ: “Ermənistanın mövqesizliyi buna mane olur”

!Reklam – Yazi

“Ermənistanın mövqesizliyi dəhlizin açılmasına mane olur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Zəngəzur dəhlizinin açılması ehtimalının yüksəlməsini şərh edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.

Elşad Musayev bildirib ki, Zəngəzur dəhlizi nəyin bahasına olursa-olsun açılacaq.

“Zəngəzur dəhlizi bütün böyük güclərin maraq dairəsindədir. Ona görə də, dəhlizin açılması ilə bağlı çoxlu iddialar var. Məqsəd ondan ibarətdir ki, hər kəs dəhlizi onun nəzarətində olmasını istəyir. Rusiya çalışır ki, dəhlizə o nəzarət etsin, ABŞ və digər ölkələr də istəyir Rusiyanı sıxışdırsınlar və dəhlizdə özləri otursunlar. Ona görə də, maraqlar toqquşur”, – deyə o bildirib.

Partiya sədri qeyd edib ki, bu işdə xeyli məsələ Ermənistanın üzərinə düşür:
“Ermənistan müstəqil siyasət yürüdə bilmir. Ermənistanın mövqesizliyi bu işə mane olur. Çin də dəhlizin açılmasında maraqlıdır. Dəhliz Azərbaycan üçün önəmli məsələdir. Ona görə də, dəhliz açılmalıdır”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv